Tehranda bir terror dəstəsi həbs olunub
İranın Təhlükəsizlik Nazirliyinin anti-terrorizm idarəsinin baş direktoru deyib: Bu gün səhər Tehran şəhərində bir neçə terror dəstəsi terror aktı törətmək istəyib. Bir dəstənin üzvləri heç bir əməliyyat keçirə bilmədən həbs olunublar.
İRNA-nın məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyinin rəsmisi bildirib: İki başqa terror dəstəsi isə İmam Xomeyninin (rə) məqbərəsi və İran parlamentbinasına hücum edib. İmam Xomeyninin (rə) pak məqbərəsinin məmurlarının ayıq-sayıqlığı nəticəsində kamikadze aktı törətmədən öncə vurulub və başqa kamikadze partlayıcı qurğunu işə salıb.
Təhlükəsizlik rəsmisinin sözlərinə görə, başqa bir terror dəstəsi Bəharestan meydanında parlamentə müraciət edənlərə atəş açıb və parlamentin idarə binalarından birinə hücum edib. Bu dəstə hazırda mühasirədədir.
Silahlı terrorçular çərşənbə günü səhər İran parlament binasına daxil olaraq mühafizəçilərlə toqquşub və onlara atəş açıblar. Nəticədə bir neçə nəfər şəhid olub və yaralanıb.
Başqa bir terror dəstəsi isə Tehranın cənubunda İmam Xomeyninin (rə) pak məqbərəsinə girərək atəş açmağa başlayıblar. Nəticədə bir nəfər şəhid olub və dörd nəfər də yaralanıb.