Şəmxani: Amerika terrorizmdən bir vasitə kimi istifadə edir
-
Əli Şəmxani
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib: Amerika regiondakı terrorçu qruplardan bir vasitə kimi istifadə edir.
Əli Şəmxani Fransada çıxan Fiqaro nəşri ilə müsahibədə deyib: Amerika terrorçu qruplardan istifadə edərək, öz strateji maraqlarına nail olmağa çalışır və ABŞ-ın Suriyada ordu qüvvələrinin mövqelərinə hücumu İŞİD-i müdafiə məqsədi daşıyır.
Şəmxani İŞİD-in İrana qarşı təhdidləri barədə də deyib: İŞİD regionda bəzi ölkələri təhdid etmək üçün bir sıra ölkənin əlində bir vasitəyə çevrilib. Və İŞİD-i ideoloji baxımdan qidalandıran düşüncə mərkəzi də Ərəbistanda yerləşir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi əlavə edib: Vəhhabilik təfəkkürü, neft pulları və Ali-Səud başçılarının siyasətlərindən yorulmuş insanlar. Bü uç tərkibin bir araya gəlməsi Ərəbistanda terrorizmin formalaşması və inkişafı yolunu cızmış olub.
Şəmxani əlavə edib: İran ötən illər ərzində ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bir çox canlı qüvvə itkisinə və maddi xərclərə düçar olub. Və hələ də nüfuz etməyə çalışan amillər ilə mübarizə davam edir.
Şəmxani Ərəbistan başçılarının İrana qarşı təhdidləri barədə də deyib: Ərəbistan vəliəhdi son zamanlar bildirib ki, müharibəni İranın daxilinə çəkəcək və bu sözdən bir neçə gün sonra bir qrup iranlı sərhədçi şəhid edildi.
ŞƏmxani sonda deyib: İranın təhlükəsizlik qüvvələri son zamanlar Əhvazda bir əməliyyat törədən bir neçə nəfəri ölkədən çıxmağa cəhd göstərdikləri zaman həbs ediblər. Saxlanılan şəxslər onları Ərəbistanın maliyyələşdirdiklərini etiraf ediblər.