İyun 08, 2017 19:17 Asia/Baku
  • Dəfn mərasimi
    Dəfn mərasimi

Tehran terror hücumlarında şəhid olan İran vətəndaşlarının cənazələri sabah ilk öncə səhər saat 10-da İslam Şurası Məclisinin inzibati binasında üçlü qüvvə başçılarının iştirakı daha sonra isə, Cümə namazının ardınca xalq kütləsinin iştirakı ilə son mənzilə müşayiət ediləcək.

İslami İranı gərginliyə sürükləməyi qarşıya məqsəd qoyan terrorçular İslam Şurası Məclisinin inzibati binasına hücum edərək, millət vəkilləri ilə görüşmək üçün gözləmə zalında oturan sadə vətəndaşları hədəfə aldılar.  

Millət evindən eşidilən güllə səsləri hər bir vətəndaşın rahatlığını pozmuşdu. Doğrudur. Bu rahatlıq heç də asan əldə edilməyib. Bu təhlükəsizliyin təmin edilməsi üçün necə igidlərin qanları axıdılıb, nə qədər şəhidlər verilib. Bəs, buna görə narahat olmağa dəyər.

Dünən baş verənlər ölkəni böhrana sürükləməyi qarşıya məqsəd qoyan böyük və çirkin plandan geriyə qalan tör-töküntüdən başqa bir şey deyildi. Dünənki hadisələr uğursuz alınan böyük bir terror yap-bozunun kiçik bir parçası idi.

Dünən terrorçular 5 nəfər idilər. Onlardan ikisi İmam Xomeyni(rə)-in məqbərəsində çaxnaşma yaratmağı qarşıya məqsəd qoymuşdu. Digər 3-ü isə İslam Şurası Məclisində. Onlar İmam Xomeyni(rə)-in vəfatının ildönümü günündə İranı yasa boğmaq istəyən 5 terror qruplaşmasından geriyə qalan tör-töküntülər idi.

7 üzvü olan birinci dəstə Tehran və Kürdüstanda məhv edildi. İkinci dəstə isə Sistan və Bəluçestanda ələ keçdi. Onlar partlayıcı qurğuları hazırladıqdan sonra, bu partlayıcıları Tehrana köçürməyə hazırlaşırdılar. Daha 2 terror dəstəsinin üzvləri isə Hörmözqanda həbs edildilər. Bu böyük yap-bozun son 2 parçası hələ qalırdı. Beləliklə bir terror dəstəsi də dünən səhər Tehranda ələ keçirildi. Tam çarəsiz vəziyyətdə olduğunu görən sonuncu dəstə isə kor-koranə şəkildə İmam Xomeyni(rə)-in məqbərəsi və İslam Şurası Məclisinin inzibati binasına hücum həyata keçirdi. Terrorçuların zəlil və çirkin simasına bax ki, öz gücünü müdafiəsiz insanları qətlə yetirməklə göstərmək istəyir. Onlara yaraşanı da elə budur. Şərəfsiz, ləyaqətsiz və insanlıq adına utanc sayılan bu cinayətkarlardan bundan artığını gözləməyə də dəyməz.

 

Teqlər