Ruhani: Tehran terror hücumları demokratiyadan intiqam almaqdır
İyun 09, 2017 13:08 Asia/Baku
İran İslam Respublikasının prezidenti son Tehran terror hücumlarını İranda fəal olan demokratiyadan intiqam almaq adlandırıb.
Həsən Ruhani bu gün Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasiminin kənarında IRIB müxbirilə müsahibədə İran xalqının 12-ci prezident seçkilərindəki geniş iştirakına işarə edərək, deyib: Həmişə İran xalqı böyük qələbə qazanarkən bədxahlar bu ölkəyə zərbə vurmaq ardınca olurlar.
Ruhani əlavə edib: Çərşənbə günü Tehranda həyata keçirilmiş terror əməliyyatları əslində demokratiyadan intiqam almaq deməkdir. Zira demokratiya terrorçuların təfəkkür bünövrəsini məhv edir və göstərir ki, kobudluq və zorakılıq həll yolu deyildir.