Tehranın müvəqqəti imamcüməsi: İran xalqı terrordan qorxmur
Tehranın müvəqqəti imamcüməsi son terror hadisələrinə işarə edərək, deyib: Xalqımız terrordan qorxmur və müqavimətli olmaqda davam edir.
IRIB-nin məlumatına görə, ayətullah Seddiqi Tehranın bugünkü cümə namazı xütbələrində çərşənbə günü törədilmiş terror hadisələrinə işarə edərək, əlavə edib: Bu terror hadisəsi zalım qüvvələr dünyasının məhsuludur.
Tehranın cümə namazı xitabətçisi söyləyib: Düşmənlər sələfilər vasitəsilə Əlqaidə, Taliban və İŞİD-in əsasını qoydular.
Tehranın müvəqqəti imamcüməsi vurğulayıb: Bu gün İran gəncləri daha çox qüdrətə və islami baxışa malikdirlər. Bu terrorlar heç bir zərbə vurmayacaq; İran xalqı müqavimətli olmaqda davam edir və heç vaxt dünyanın zalım qüvvələri və Amerikanın qarşısından geri çəkilməyəcəkdir.
Tehranın müvəqqəti imamcüməsi az bir xərclə terrorçuları yatırdıqlarına görə, hüquq-mühafizə, təhlükəsizlik və Sepah qüvvələrinə təşəkkür edib.
Ayətullah Seddiqi sonra Həzrət İmam Xomeyni(r.ə)-in şəxsiyyətinin özəlliklərinə işarə edib və belə deyib: Həzrət İmam Xomeyni(r.ə.) böyük qüdrətlə təpədən dırnağadək silahlanmış ateist cərəyanlar qarşısında dayandı.
Tehranın cümə namazı xitabətçisi həmçinin İran İslam İnqilabını dünya məzlumlarına məxsus və beynəlxalq bir inqilab adlandırıb.