İranda terror edilmiş 17 min şəhidin təqdimatı üzrə pavilyon ayrılıb
İyun 09, 2017 18:53 Asia/Baku
Tehranda keçirilən 25-ci beynəlxalq Quran sərgisi İranda terror edilmiş 17 min şəhidin təqdimatı üçün bir pavilyon ayırıbdır.
IRNA-nın məlumatına görə, Tehranda, İmam Xomeyni(r.ə.) adına müsəllanın şərq hissəsində yerləşən bu pavilyonda İrandakı terror şəhidlərinin ailələri, terror və terrorist barədə informasiyaları əhatə edən 40-dan çox tablo infoqrafiya formasında nümayiş etdirilir.
Bu sərginin bariz cəhətlərindən biri, təsvir və mətn və fotonun birləşdirilməsilə terror şəhidlərini təqdim edən və müxtəlif qruplar tərəfindən İranda terror hadisələrinin törədilməsini göstərən sərgidə təqdim olunan əsərlərin infoqrafiya formasında konstruksiya edilmələridir.
Mayın 29-da başlanmış 25-ci beynəlxalq Quran sərgisi iyunun 16-dək davam edəcək.