Boinq İranla müqavilə haqda arxayındır
İyun 12, 2017 12:06 Asia/Baku
-
Boinq İranla müqavilə haqda arxayındır
ABŞ-ın İrana təzyiq üzrə qərarına baxmayaraq, Boinq şirkəti bir bəyanatda bildirib: Bu şirkət bu müqaviləni irəlilətmək üçün ABŞ-ın Xəzinədarlıq Nazirliyinin Xarici Əmlaka Nəzarət Departamentindən lisenziya istəyib.
Blomberqin məlumatına görə, ABŞ-ın Boinq Təyyarəqayırma şirkəti ilə 3 milyard dollarlıq müqavilə imzalayan İranın Aviasiya Şirkəti Vaşinqtonun siyasi maneələri ilə üzləşməyəcək.
Asiman Aviasiya Şirkəti bazar günü Tehranda Boinq şirkəti ilə 30 ədəd Boinq 737 təyyarəsinin satın alınması üzrə yekun müqaviləni imzaladı və digər 30 təyyarənin satın alınması ehtimalı da vardır. Boinq ilk təyyarələri 2022-ci ildə təhvil verəcək.