İran 250 milyon dollarlıq əl işləri sənayesi ixrac edib
https://azeri.sahartv.ir/news/İran-i272788-İran_250_milyon_dollarlıq_əl_işləri_sənayesi_ixrac_edib
İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının inkişaf idarəsinin baş direktoru deyib: 2016-cı ildə İranın əl işləri sənayesi məhsullarının ixracatı 250 milyon dollar gəlir gətirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 16:15 Asia/Baku
  • Əl İşləri Sənayesi
    Əl İşləri Sənayesi

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının inkişaf idarəsinin baş direktoru deyib: 2016-cı ildə İranın əl işləri sənayesi məhsullarının ixracatı 250 milyon dollar gəlir gətirib.

İRNA-nın məlumatına görə, Əli Hacı Şizri bazar ertəsi günü Tehranın Xalça Muzeyində keçirilən İranın əl işləri sənaeysi məhsullarının brendləşdirilməsi və əl işləri sənayesi peşəkarlarının mükafatlandırılması mərasimində deyib: Bu həcmdə əl işləri sənayesinin ixracı 2013 və 2014-cü illərlə müqayisədə müvafiq olaraq 36% və 116% artımı göstərir. 

O həmçinin bildirib: İranın Mədəni İrs Təşkilatının məqsədlərindən biri 6-cı inkişaf proqramının sonuna qədər qiymətli əl işləri sənayesinin ixracatını artırmaqdır.