İran innovativ ölkələr arasında yerləşir
Ümümdünya Əqli Mülkiyyət Təşkilatı(WIPO) dünyanın 127 ölkəsi arasından İranı yaradıcılıq baxımından 75-ci yerdə elan edibdir.
"Döyçe Vele" informasiya kanalının məlumatına görə, Ümümdünya Əqli Mülkiyyət Təşkilatı dünən bir hesabat yayaraq, İsveçrəni ən yaradıcı ölkə kimi təqdim edib. İsveç və Hollandiya da müvafiq olaraq, bu sırada ikinci və üçüncü olublar.
Ümümdünya Əqli Mülkiyyət Təşkilatının sıyahısında qərar tapmış 25 ölkə arasında 15 ölkə Avropa ölkəsidir. İnsan sərmayəsi, tədqiqat və güclü infrastrukturlar avropalı ölkələrin qüvvət nöqtələridir.
Ümümdünya Əqli Mülkiyyət Təşkilatının hesabatında İran İslam Respublikası, Qazaxıstan və Banqladeşin diqqətəlayiq irəliləyişlərinə işarə olunubdur ki, İran ötən milad ilindəki göstərici ilə müqayisədə siyahıda üç pillə yüksələrək, inkişaf baxımından Asiyanın mərkəzi və cənub məntəqələrində ikinci olubdur.
Ümümdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin 16 ixtisaslaşdırılmış agentliyindən biridir. Onun qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Bu təşkilat dünyada mənəvi mülkiyyətə dəstək istiqamətində yaradıcı əsərlərin təşviq olunması məqsədilə təsis edilibdir.