Tehranın cümə namazı xitabətçisi: İslam və Qurana istinad İranın uğur rəmzidir
Tehranın cümə namazı xitabətçisi Amerikanı İran xalqının əsas düşməni adlandırıb və belə deyib: İslam, Quran və İslam Respublikasına istinad etməklə Amerikanın və digər düşmənlərin qarşısında durmaq olar.
Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində deyib: İranın milli maraqları İranın milli mahiyyəti ilə təzadda olmayacağı zaman reallaşacaqdır.
O, əlavə edib: Düşmənə etimad etməmək və ona nikbin olmamaq, eləcə də gənc qüvvələrdən istifadə etmək və iqtisadiyyatı gücləndirməklə düşmənlərin təzyiqləri qarşısında dayanmaq olar.
Movəhhedi Kermani həmçinin məsul şəxslərin imkansızlara diqqət göstərmələri, xudpəsəndlikdən uzaq gəzməyi, özünütənqidi, məsul şəxslərin seçilməsində diqqəti və vergilərin ödənişində bərabərliyi Həzrət Əmirəlmöminin İmam Əli(ə)-ın baxışından islami hökumətin göstəricilərindən adlandırıb.
Tehranın müvəqqəti imamcüməsi həmçinin ilk xütbədə namazqılanları ilahi təqvaya tövsiyə edib. O, mübarək ramazan ayınıhn 21-ci gününə və dünya şiələrinin birinci imamı Həzrət Əmirəlmöminin İmam Əli(ə)-ın şəhadətinin ildönümü gününə işarə edərək, əlavə edib: İmam Əli(ə) dünyada ən yaxşı insan olub və hamının ona ehtiyacının olması o həzrətin yüksək fəziləti və sədaqətinin nişanəsidir.
Bu gün, cümə, 1438-ci hicri qəməri ili ramazan ayının 21-i, 1396-cı günəş ili xordad ayının 26-sı və 2017-ci milad ili iyunun 16-sı, şiələrin birinci imamı Əmirəlmöminin Həzrət Əli (ə)-ın şəhadətinin ildönümü günüdür.