Yeni sanksiyalar Vaşinqtonun məğlubiyyətini göstərir
İyun 17, 2017 08:44 Asia/Baku
İran İslam Respublikasının Londondakı səfiri ABŞ senatının İrana qarşı yeni sanksiyalarını Vaşinqtonun Orta şərq siyasətinin məğlubiyyətinin nişanəsi adlandırıb.
İRNA-nın verdiyi məlumata görə, İranın Londondakı səfiri Həmid Bəidinejad ABŞ senatı tərəfindən İrana qarşı yeni sanksiyaların qəbul edilməsinə toxunaraq deyib: Bu sanksiyalar Amerikanın və onun müttəfiqlərinin Orta şərq siyasətində məğlubiyyətinin göstəricisidir.
ABŞ senatı cümə axşamı "İranın destabilləşdirən hərəkətlərinə qarşı qanun-2017" adı altında İran İslam Respublikasına qarşı sanksiyaların əhatəli layihəsini qəbul edib.
Bu layihə ballestik raketləri, terrorizm ilə əlaqədar sanksiyalar və silah sanksiyasını əhatə edir.