General Hacızadə: Sepah-ın raketləri dəqiq şəkildə Suriyada təyin olunmuş hədəflərə dəyibdir
-
General Əmirəli Hacızadə
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı Sepah-ın terrorçuların Suriyadakı qərargahına olmuş raket hücumuna toxunaraq, vurğulayıb: Sepah-ın raketləri dəqiq şəkildə Suriyanın Diyrəlzur şəhərində təyin olunmuş hədəflərə dəyibdir.
General Əmirəli Hacızadə bu raketlərin təkfirçi terrorçuların başçılarının başına düşmələri üçün keçdikləri trayektoriyaya işarə edərək, deyib: İrandan atılmış altı raket İraqın üzərindən keçərək, Suriyada yerə enib və Dəməşqin ətrafından Diyrəlzura tərəf uçan pilotsuzlar vurulan zərbələri eyni zamanda İrana xəbər veriblər.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı vurğulayıb: İranın düşmənləri bilsinlər ki, Tehran, London və Paris deyildir; bu, görülmüş kiçik bir iş idi və əgər xətaya yol verərlərsə, onların başlarına ölümcül zərbələr vurulacaqdır.
İyunun yeddisində İran xalqından bir qrup məzlum və oruc insanın yaralanması və 18 nəfərin şəhid olması ilə nəticələnmiş Tehranda baş vermiş son terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah bildirmişdi ki, "heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır!"