İyun 20, 2017 12:39 Asia/Baku
  • \
    \"Yarane Cənubi\" yatağından neft hasilatı üçün əks-sayılış başlanıb

İranın Xuzistan vilayətində İraqla müştərək neft yataqlarından olan "Yarane Cənubi" yatağında hasilat tezliklə gündəlik on min barrel tutumla başlanacaq.

IRNA-nın məlumatına görə, İran Neft Mühəndisliyi və İnkişaf Şirkətinin sərəncamçı müdiri Seyid Nurəddin Şəhnazizadə bildirib ki, "Yarane Cənubi" yatağında gündəlik on min barrel tutumla hasilat üçün əks-sayılış başlanıbdır. O, deyib: "Yarane Cənubi" yatağında quyuüstü təsisatların quraşdırılması və lazımi sınaqlar icra olunmaqda idi.

Şəhnazizadə sonra söyləyib: "Yarane Cənubi" yatağında qazılmış 18 quyudan Sarvak qatından seçilmiş altı quyu bu yatağın vaxtından qabaq hasilatı üçün tezliklə istifadəyə veriləcək.

Teqlər