Sepah-ın terrorçulara cavabı; İranın milli qüdrət simvolu
https://azeri.sahartv.ir/news/İran-i273584-sepah_ın_terrorçulara_cavabı_İranın_milli_qüdrət_simvolu
İran İslam Respublikası dövlətinin sözçüsü İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyadakı terrorçulara cavabını İranın milli qüdrət simvolu adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 10:54 Asia/Baku
  • Sepah-ın terrorçulara cavabı; İranın milli qüdrət simvolu
    Sepah-ın terrorçulara cavabı; İranın milli qüdrət simvolu

İran İslam Respublikası dövlətinin sözçüsü İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyadakı terrorçulara cavabını İranın milli qüdrət simvolu adlandırıb.

İran İslam Respublikası dövlətinin sözçüsü Mohəmməd Baqer Noubəxt bu gün Tehranda keçirdiyi mətbuat konfransında deyib: 2017-ci il mayın 19-u, İranda prezident seçkilərinin keçirildiyi gün milli birliyini simvolu idi və İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı mövqelərinə qarşı hücumu da milli qüdrət simvoludur.

Noubəxt İŞİD terror qrupunun regionun təhlükəsizliyini pozduğunu dilə gətirərək, əlavə edib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terrorçuların Suriyadakı mövqelərinə qarşı hücumu göstərdi ki, İran terrorçularla mübarizə yolunda, proqramda regionun təhlükəsizliyi məsələsinə malikdir və qonşular bu addımdan razı qalmalı və asayiş hiss etməlidirlər.