İyun 21, 2017 20:31 Asia/Baku
  • İranda Konstitusiyaya Nəzarət Şurası müsəlmanları Fələstin xalqı ilə həmrəyliyə dəvət etdi

İranda Konstitusiyaya Nəzarət Şurası(Negəhban Şurası) Fələstin xalqı ilə həmrəylik elan edərək, İslam Ümmətini Qüds Günü yürüşlərində geniş iştiraka dəvət edib.

Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib. 

Negəhban Şurası çərşənbə günü bir bəyanat yayaraq, bildirib: Dünya imperializminin davamlı olaraq fitnə siyasəti yürütməsi ötən illər ərzində İslam Dünyasını etnik və məzhəbi qarşıdurmalara sürükləyib və müsəlman ölkələri arasında süni formada ixtilaf yaratmaqla dünya xalqlarının diqqətini Fələstin məsələsindən yayındırıb. Halbuki, Fələstin məsələsi İslam Dünyasının bir nömrəli məsələsi olmalıdır. 

Negəhban Şurası daha sonra İslam Ümmətinin birlik və həmrəyliyinə təkid edərək, müsəlmanların fitnə odundan xilas olmasını, Yəmən və Bəhreynin məzlum xalqlarının zalımlar qarşısında qələbə çalmasını istəyib. 

Teqlər