İyun 28, 2017 16:42 Asia/Baku
  • İranın xarici işlər naziri Romada Avropa Xarici Əlaqələr Mərkəzində olub

İranın xarici işlər naziri özünün Romadakı ilk iş proqramında Avropa Xarici Əlaqələr Mərkəzində olub.

Bu gün səhər Almaniyanın Berlin şəhərindən İtaliya paytaxtına yola düşmüş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu iclasdan sonra İtaliyanın parlament sədri Laura Boldrini, baş naziri Paulo Centiloni və xarici işlər naziri Ancelino Alfano ilə görüşərək, onlarla ikitərəfli münasibətlər, eləcə də mühüm regional və beynəlxalq məsələlər barədə danışıqlar aparmalıdır. Bu danışıqlarda Suriya böhranı məsələsi xüsusi yer tutacaqdır.

İtaliya İranın əsas ticari və iqtisadi şəriklərindən biri sayılır. 

Avropa Birliyinin Statistika Mərkəzi özünün son hesabatında bildiribdir ki, İtaliya İranın birinci avropalı şərikinə çevrilibdir.

 

Teqlər