Ayətullah İmami-Kaşani Sepah-ın terrorçulara cavabını yüksək dəyərləndirib
Tehranın cümə namazı xitabətçisi İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın İŞİD terror qrupunu cəzalandırmasını düzgün və münasib hərəkət adlandırıb.
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə iyunun 18-də axşamçağı onların Suriyanın şərqində yerləşən Diyrəzzur məntəqəsindəki qərargahı, toplanma və partlayış avtomobilllərinin düzəldilməsi mərkəzlərini altı ədəd “yer-yer” tipli orta mənzilli raketlə hədəfə aldı.
Bu raketlər İraq səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyiblər.
İyunun 7-də məzlum və oruc tutmuş əhalidən 18 nəfərin şəhid olması və yaralanması ilə nəticələnmiş Tehrandakı terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah bildirmişdi ki, heç bir pak qanın axıdılmasını cavabsız qoymayacaqdır.
Tehranın cümə namazı xitabətçisi Ayətullah İmami-Kaşani Tehranın buhəftəki cümə namazı xütbələrində belə vurğulayıb: Terrorçular və onların himayədarları bilsinlər ki, İran İslam Respublikası hər cür ehtimal olunan təcavüzü qətiyyətlə cavablandıracaqdır.
Ayətullah İmami-Kaşani İran İslam Respublikasının misalçəkiləsi təhlükəsizliyinə işarə edərək, söyləyib: İranın hazırkı elmi, hərbi qüdrəti, təhlükəsizliyi və asayişi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in rəhbəhrliyi altında İran İslam İnqilabının qələbəsi hesabınadır.
Tehranın cümə namazı xitabətçisi həmçinin Mosulun terrorçuların işğalından azad edilməsi münasibətilə İraqın dövləti və xalqını təbrik edərək, qeyd edibdir ki, Amerika, sionist rejim və səud rejimi regionda terrorçuların əsas himayədarlarıdırlar.