İyul 02, 2017 11:44 Asia/Baku
  • Paris Ticarət Bankı ilə 25 milyon avroluq anlaşma
    Paris Ticarət Bankı ilə 25 milyon avroluq anlaşma

İranın İxracatın İnkişafı Bankı Paris Ticarət Bankı ilə 25 milyon avroluq qısa müddətli kreditin ayrılması barədə müqavilə imzalayıb. Bu vəsait Fransa məhsulları və xidmətlərinin İrana idxal edilməsi üçün nəzərdə tutulub.

İRİB-nin verdiyi məlumata görə, bu anlaşmaya əsasən Paris Ticarət Bankı İranın İxracatın İnkişafı Bankının açıq hesab üzrə ödəmələri illik 2% gəlir ilə 100 faiz ödəyəcəyi barədə öhdəlik götürüb. Maliyə təminatı müddəti əmtəə məhsullarının daşınma sənədlərinin mübadilə edildiyi zamandan bir il müddətinə təyin edilib. 

Qısa müddətli kredit xətti Avropa Birliyi ərazisində yerləşən beynəlxalq banklar hesabına müştərilərə sadələşdirilmiş xidmətin təqdim edilməsi məqsədi ilə açılıb. 

İranın İxracatın İnkişafı Bankı əmtəə məhsullarının ixracatını maliyyələşdirməklə yanaşı, Əmtəə Məhsulları və Xidmət Nazirliyini əlavə dəyərin yaradılması və ixracat üzrə himayə edir. 

Teqlər