İyul 02, 2017 15:30 Asia/Baku
  • İran İslam Şurası Məclisinin üzvləri Mosulun azad edilməsi barədə bəyanat yayıblar
    İran İslam Şurası Məclisinin üzvləri Mosulun azad edilməsi barədə bəyanat yayıblar

İran İslam Şurası Məclisinin üzvləri bir bəyanat yayaraq, İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsini ABŞ üçün regionda aşkar məğlubiyyət adlandırıblar.

İran İslam Şurası Məclisinin üzvləri bazar günü yaydıqları bəyanatda İraq dövləti, parlamenti, ordusu, xalq qüvvələri və təqlid mərcəini xüsusi ilə Ayətullah Sistanini təbrik edərək, Mosul şəhərinin minimum zərər ilə qısa zaman ərzində sürətlə azad edilməsini regionda terrorizmin əsas dayağı və himayədarı sayılan ABŞ və müttəfiqləri üçün ağır məğlubiyyət adlandırıblar.

İraqlı qüvvələr cümə axşamı Mosulun qərbində yerləşən Ən-Nuri məscidini azad etməyi bacarıblar. İraqın başnaziri Heydər İbadinin dediyinə görə, bu müvəffəqiyyət İŞİD-in Mosuldakı varlığının sonu sayılır.

Teqlər