BMT İranın toz dumanı ilə mübarizə fəaliyyətini alqışladı
https://azeri.sahartv.ir/news/İran-i275106-bmt_İranın_toz_dumanı_ilə_mübarizə_fəaliyyətini_alqışladı
BMT baş katibinin müavini və BMT-nin ekologiya proqramının sədri Erik Solheym toz dumanı və havada olan ağır zərrəçiklər ilə mübarizədə bütün ölkələrin əməkdaşlıq etməsini vurğulayaraq, İran İslam Respublikasının bu məsələ ilə mübarizədəki rolunu alqışlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 07:25 Asia/Baku
  • BMT İranın toz dumanı ilə mübarizə fəaliyyətini alqışladı
    BMT İranın toz dumanı ilə mübarizə fəaliyyətini alqışladı

BMT baş katibinin müavini və BMT-nin ekologiya proqramının sədri Erik Solheym toz dumanı və havada olan ağır zərrəçiklər ilə mübarizədə bütün ölkələrin əməkdaşlıq etməsini vurğulayaraq, İran İslam Respublikasının bu məsələ ilə mübarizədəki rolunu alqışlayıb.

İRNA-nın verdiyi məlumata görə, Erik Solheym Tehranda keçirilən beynəlxalq "Toz dumanı ilə mübarizə; problemlər və həll  yolları" adlı konfransın kənarında Fars körfəzi ölkələri arasında ekologiyanın qorunması ilə bağlı fikir mübadiləsi və əməkdaşlığa təkid edərək, BMT-nin bu əməkdaşlıqların artırılmasında daha artıq rol oynamalı olduğunu vurğulayıb və deyib: Heç bir ölkə təklikdə toz dumanı problemini həll etməyə qadir deyil. 

Erik Solheym həmçinin, toz dumanından qaynaqlanan zərər və ziyanların azaldılması barədə deyib: Toz dumanından qaynaqlanan problemlər habelə, onların kökləri ölkələrin daxilində öz həllini tapmalıdır.