İran Kanada məhkəməsinin hərəkətini tənqid edib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Kanada məhkəməsinin Amerika məhkəmələrinin qiyabi hökmlərinin tanınması üzrə hərəkətini bu kimi məhkəmə işlərində cari beynəlxalq proseslə təzadlı adlandırıb və onu rədd edibdir.
Kanadada bir apellyasiya məhkəməsi son zamanlar bir hökmdə İrana qarşı əsassız ittihamlar irəli sürərək, Tehranı bir milyard 700 milyon dollar kompensasiya ödəməyə məhkum etdi.
Bu hokm 1980-ci ildən 2002-ci ilədək Həmas və Livan Hizbullahı təşkilatlarına dəstəyə görə, İran dövlətini, öz təsəvvürlərinə görə, “terrorizmi himayə”də ittiham etmiş bir qrup ABŞ vətəndaşı ilə bağlıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi dünən deyib: Xarici bir dövlətə qarşı hökmün verilməsi dövlətlərin bərabərlik prinsipilə təzadda olaraq, onların beynəlxalq hüquq normalarındakı toxunulmazlıqlarının pozulması deməkdir və İran bu hökmə qarşı etiraz və onun izlənilməsi haqqını özü üçün qoruyub saxlayır.