İyul 05, 2017 10:29 Asia/Baku
  • Ruhani: İran İraqın sabitliyi və birliyinin himayədarıdır

İran prezidenti deyib ki, İran sabit və vahid İraqa dəstək verir.

İran prezidenti Həsən Ruhani Tehranda İraq Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkimlə görüşdə İranın sabit və vahid İraqa dəstək verdiyini vurğulayaraq, deyib: İraqın birliyi və bütövlüyünü  zəiflədəcək hər bir hərəkət heç kəsin xeyrinə deyil və qəbul olunmayacaqdır.

Ruhani həmçinin terrorizmlə mübarizədə və Mosulun azad edilməsində əldə olunmuş qələbə münasibətilə İraqın dövləti, ordusu və xalq qüvvələrini təbrik edərək, vurğulayıb: İraqlı rəsmilərin tədbiri, həmçinin bütün qövmlərin birliyinin gücləndirilməsi ilə Mosulun azad edilməsi ilə bağlı dost və qardaş İraq xalqının şadlığı qorunmalı və daha da artmalıdır.

Əmmar Həkim də bu görüşdə İranın xüsusən İŞİD ilə mübarizədə İraqın dövləti və xalqına dəstək verməsini yüksək dəyərləndirərək, deyib: Mosulun azad edilməsi İraqda milli birliyin güclənməsinə səbəb olub.

İraq Ali İslam Məclisinin sədri həmçinin Tehran-Bağdad əlaqələrinin daha da genişləndirilməsi və gücləndirilməsi vacibliyini vurğulayıb.

 

Teqlər