Xoşru: Terrorizmin xarici hərbi müdaxilədə kökü var
İranın BMT-dəki nümayəndəsi Qərbi Asiyada radikallıq və ya həmin terrorizmin ən önəmli səbəbini xarici hərbi müdaxilə adlandırıb.
İRİB-in məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru Press TV-yə verdiyi müsahibədə Əfqanıstan, İraq və Suriyadakı hərbi müdaxiləyə toxunub: Bu müdaxilələr dinclik, təhlükəsizlik və stabilliyi bərpa etmək bəhanəsi ilə olunub. Lakin müdaxilələr radikallıqla nəticələnib.
Xoşru dini fundamentalizm termininə toxunub və deyib: İslam dünyasında radikal sekulyarizm və radikal fundamentalizm arasında sadəcə islam demokratiyası və ya demokratik islam regionda böhranının həll yoludur.
Nəhs terrorizm fenomeni ilə mübarizənin real beynəlxalq əməkdaşlığa ehtiyaclı olduğunu bildirən İranın nümayəndəsi əlavə edib: İŞİD terror qruplaşmasını yaradan ölkəklər onunla mübarizə üçün koalisiya yarada bilməzlər. Çünki onların, o cümlədən ABŞ və Səudiyyə Ərəbistanının İŞİD-lə mübarizəsi formaldır.
İranın BMT-dəki naimi nümayəndəsi İranla Ərəbistanın əlaqələri haqda deyib: İran regionda stabillik mehvəridir. Lakin Səudiyyə Ərəbistanının Əfqanıstanda Taliban və əl-Qaidə kimi terror qruplaşmalarının formalaşmasında müdaxiləsi vardı və Ər-Riyadın bütün hərəkətləri təxribatçılıqdır.
Qulaməli Xoşru müharibəni İranın daxilinə sürükləməyə dair Səudiyyə Ərəbistanı rəsmilərinin müdaxiləçi sözlərinə də münasibət bildirib: Ərəbistan vəliəhdi və müdafiə naziri Məhəmməd Bin Salmanın sözləri terrorizmə açıq-aşkar dəstək idi və dünyada vəhhabilik adı ilə baş verən hər bir hadisənin Səudiyyə Ərəbistanında kökü vardır.