İran faktaraşdırıcı komitənin hesabatına reaksiya verdi
-
İran faktaraşdırıcı komitənin hesabatına reaksiya verdi
İran İslam Respublikasının Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəlik heyəti Suriyanın Xan Şeyxun bölgəsinə kimyəvi hücum haqda bu təşkilatın faktaraşdırıcı komitəsinin hesabatının naməlum detallarının aradan qaldırılmasını vurğulayıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, Kimyəvi Silahlara Qadağa Təşkilatının icra şurasının Suriya haqda fövqəladə iclası Xan Şeyxunda kimyəvi silahların istifadəsi haqda bu təşkilatın faktaraşdırıcı komitəsinin hesabatının araşdırılması məqsədilə keçirilib.
Silahlı müxaliflər və terrorçular 4 aprel 2017-ci ildə iddia ediblər ki, Suriya ordusu İdlib vilayətinin Xan Şeyxun bölgəsində kimyəvi hücum edib.
İran İslam Respublikasının Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəlik heyəti bu iclasda bildirib: Suriyanın Xan Şeyxun bölgəsində kimyəvi hücumla əlaqədar faktaraşdırıcı komitənin hesabatında mənbələr, məlumatların toplanması, əşyayi-dəlillərin götürülməsinin forması sahəsində naməlum cəhətlər vardır. İran ümid edir ki, bu hesabatın naməlum cəhətləri Suriya hökumətinin əməkdaşlığı ilə aradan qaldırılacaq.
İran İslam Respublikasının nümayəndəliyi bildirib: 2017-ci il 7 apreldə kimyəvi silahlardan istifadə bəhanəsi ilə ABŞ-ın Suriyaya raket hücumu Kimyəvi Silahlara Qadağa Təşkilatının mövqeyi və qanuniliyini görməməzliyə vurmaq mənasındadır və bütün beynəlxalq hüquq qaydalarına ziddir.
2017-ci il 4 apreldə Suriyanın İdlib vilayətinin Xan Şeyxun bölgəsində şübhəli kimyəvi hücumdan sonra, ABŞ 7 apreldə İŞİD və Ən-Nüsrə Cəbhəsi terror qruplaşmaları ilə əsas mübarizə mərkəzi olan Suriyanın Homs vilayətində Əş-Şəirat hərbi hava bazasını 59 Kruz raketi ilə vurdu.