Tehran Avropa Birliyinə etiraz etdi
-
Tehran Avropa Birliyinə etiraz etdi
İran Gömrük İdarəsinin Narkotik Maddələrlə Mübarizə üzrə departamentinin rəhbəri Tehranın İrana narkotik maddələrin qaçaq edilməsinin artmasına görə Avropa Birliyinə rəsmən etiraz etdiyini deyib.
İRNA-nın məlumatına görə, İran Gömrük İdarəsinin Narkotik Maddələrlə Mübarizə üzrə departamentinin rəhbəri Nemətullah Mumvəndi ötən üç ayda İrana "jel" narkotik maddənin göndərilməsi və onun poçt bağlamalarında aşkarlanmasının artdığını bildirib: İngiltərə, Hollandiya və İspaniya narkotik maddələrin qaçaqçılığı ilə mübarizə istiqamətində öz sərhədlərinə nəzarət etmirlər. Bu da İranın Avropa Birliyinə öz etirazını bildirməsinə səbəb olub.
"Jel" çox təhlükəli narkotik maddədir. Bu maddə həşiş bitkisinin yağı və marixuana ağacının yarpağından hazırlanır.
Mumvəndi deyib: 2016-cı ildə İrana göndərilən poçt bağlamalarında təxminən 204 halda "jel" narkotik maddəsi aşkarlanıb.