İranın düşmənin ehtimal olunan hər cür təcavüzü ilə mübarizə üçün önləyici tədbirləri
İran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı deyib ki, düşmənin ehtimal olunan hər cür təcavüzü ilə mübarizə üçün lazımi proqnozlar edilibdir.
İran İslam Respublikası ordusunun quru qoşunlarının komandanı general-mayor Kiyumərs Heydəri bu gün Məşhəd şəhərində İranın hüquq-mühafizə qüvvələrinin xüsusi təyinatlı bölməsindən baxışkeçirmə mərasimində müxbirlərlə müsahibədə əlavə edib: Hazırkı şəraitdə İran İslam Respublikasını heç bir xətər təhdid etmir və İran İslam Respublikası ordusunun quru qoşunları tam hazır vəziyyətdədir və günbəgün öz döyüş hazırlığını artırmaqdadır.
İran İslam Respublikası ordusu komandanının əvəzedicisi general-mayor Əhmədrza Purdəstan da bu mərasimdə deyib: Hüquq-mühafizə qüvvələrinin xüsusi təyinatlı bölməsi modern təchizatlar və düşməni tanımaqla İran İslam Respublikası quruluşu üçün bir istinadgaha çevrilibdir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdurrəhim Musəvi də bildirib ki, İranın silahlı qüvvələrində bacarıqların yüksəldilməsi və hazırlıq dayanmayacaqdır. O vurğulayıb ki, İranın silahlı qüvvələri daim düşmənlərdən bir neçə addım öndədirlər və onların səyi, İranın təhlükəsizliyinin qorunmasıdır.