İyul 09, 2017 18:57 Asia/Baku
  • İranın müdafiə naziri Mosulun tam şəkildə azad edilməsini təbrik edib
    İranın müdafiə naziri Mosulun tam şəkildə azad edilməsini təbrik edib

İranın müdafiə naziri İraqın ordusu və xalq qüvvələrinin Mosulun tam şəkildə azad edilməsindəki qələbəsi münasibətilə İraqın müdafiə nazirini və Həşduşşəbi komandanını təbrik edib.

General-mayor pasdar Hoseyn Dehqan bu gün İraqın müdafiə naziri Mahmud Əbdulqəfur Əbdullah Əlhəyali və bu ölkənin xalq səfərbər qüvvələrinin komandanı Hadi Əlamiriyə ünvanladığı müraciətlərdə belə qeyd edib: Terrorizmin dağılması və məhv olması dövlətlərin real və ümumi iradəsi və terrorizmə qarşı müttəfiq cəbhənin təşkilindən savayı heç bir yolla mümkün olmayacaq və Mosuldakı böyük qələbə Amerikanın və qəsbkar sionist rejimin İraqdakı fitnələrinin zərərsizləşdirilməsilə nəticələnibdir.

Teqlər