Zəncan 12 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edir
https://azeri.sahartv.ir/news/İran-i275796-zəncan_12_ölkəyə_kənd_təsərrüfatı_məhsulları_ixrac_edir
Zəncan ostanının kənd təsərrüfatı cihadı təşkilatının bazar məsələləri üzrə müdiri deyib: İlin ilk rübündə Zəncan ostanından 12 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 08:51 Asia/Baku
  • Zəncan 12 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edir
    Zəncan 12 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edir

Zəncan ostanının kənd təsərrüfatı cihadı təşkilatının bazar məsələləri üzrə müdiri deyib: İlin ilk rübündə Zəncan ostanından 12 ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edilib.

Abdullah Cəfəri bu gün İRNA-ya verdiyi müsahibədə deyib: Son üç ayda Zəncan ostanında istehsal olunmuş 7400 ton kənd təsərrüfatı məhsulu Rusiya, Azərbaycan, Belçika, Polşa, Almaniya, Macarıstan, Türkiyə, Hollandiya, Küveyt, Bəhreyn, İraq və Əfqanıstana ixrac edilmişdir. 

Cəfəri ostanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracat dəyərinin 6 milyon 300 min dollar təşkil etdiyini deyib. 

Zəncan ostanı münasib iqlimə malik olduğuna görə, keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişlidir. 

2016-cı ildə bu ostanda 50 min ton kənd təsərrüfatı məhsulu müxtəlif ölkələrə ixrac edilmişdir.