İyul 10, 2017 19:41 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Regionda və islam dünyasında istənilən separatçılıq hərəkəti islam düşmənləri, xüsusilə də ABŞ və sionist rejimin xeyrinədir.

İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti bazar ertəsi günü Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçeklə Tehranda görüşdən sonra jurnalistlərə deyib: İran region ölkələri, o cümlədən İraq, Qətər, Livan, Yəmən və digər ölkələrə qarşı təhdidin əleyhinədir. 

Vilayəti bildirib: İran və Türkiyə əlaqələri tarix, mədəniyyət və din kimi müştərək amillərin gücləndirilməsi istiqamətində hərəkət etməsinə və iki ölkənin yeni müştərək amillərin yaratmasına səbəb olub. 

O həmçinin deyib: Mədəni, siyasi və iqtisadi əlaqələr və enerji və beynəlxalq səviyyədəki əməkdaşlıqlar inkişaf etməkdədir və hər iki tərəf bu prosesdən razıdır. 

Türkiyənin Vətən partiyasının sədri Doğu Perinçek də bu görüşdə deyib: ABŞ və İsrail region ölkələrinin ərazi bütövlüyünü hədələməkdədir və İsrail Böyük Kürdüstan adlı başqa bir İsrailin yaradılması üçün proqram hazırlayır. 

Türkiyənin Vətən partiyasının sədri həmçinin deyib: İran və Türkiyə arasında etimadın yaradılması Qərbi Asiyada təhlükəsizlik və dincliyin bərpa olunması ilə nəticələnəcək. 

Teqlər