Rusiya gəmi qrupu İran şəhidlərinin məzarını ziyarət etdi
https://azeri.sahartv.ir/news/İran-i276066-rusiya_gəmi_qrupu_İran_şəhidlərinin_məzarını_ziyarət_etdi
Rusiya gəmisi İranın şimalında Ənzəli limanına yan aldıqdan sonra ekipaj heyəti və komandanlar Ənzəlidə Müqəddəs Müdafiə dövrünün şəhidlərini ziyarət edib və İslami İranın şəhidlərinə hörmətini ifadə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 13:42 Asia/Baku
  • Rusiya gəmi qrupu İran şəhidlərinin məzarını ziyarət etdi

Rusiya gəmisi İranın şimalında Ənzəli limanına yan aldıqdan sonra ekipaj heyəti və komandanlar Ənzəlidə Müqəddəs Müdafiə dövrünün şəhidlərini ziyarət edib və İslami İranın şəhidlərinə hörmətini ifadə ediblər.

İRNA-nın məlumatına görə, şəhidlərin məzarının üzərinə gül əklili qoyulub, İran və Rusiyanın milli himnləri səslənib, şəhidlərə hərbi hörmət ifadə olunub, həmçinin iki tərəf İran və Rusiyada müharibədə həlak olanların mövqeyi və əhəmiyyəti haqda açıqlama verib.

Hərbi muzeylə yaxından tanış olmaq, Ənzəli Azad Ticarət Zonasına baş çəkmək, Lahican rayonunun təbiəti ilə yaxından tanış olmaq Rusiya gəmi qrupunun İranın şimalına səfərinin proqramına daxildir.

Rusiyanın Xəzər Dənizi Donanmasının bir hərbi gəmisindən ibarət 5-ci sülh və dostluq gəmi qrupu 4 günlük tapşırığı çərçivəsində çərşənbə günü İranın şimalında Ənzəli limanına yan alıb.