Əmir Abdullahiyan: Mosulun azad edilməsi bütün iraqlıların qələbəsidir
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi minasibəti ilə İraq xalqı və dövlətini təbrik edib və deyib: Mosulun azad edilməsi İraq xalqı, dövlət başçıları və dini rəhbərlərinin qələbəsidir.
Hüseyn Əmir Abdullahiyan çərşənbə günü Əl-Aləm kanalı ilə müsahibədə İraqda müxtəlif qrupların o cümlədən şiə, sünni, kürd və türkmənlərin Səfərbər Xalq Qüvvələri(Həşdüşşəbi) adı altında birləşməsini və İraq şiələrinin böyük təqlid mərcəyi Ayətullah Sistaninin İŞİD terror qruplaşması ilə mübarizənin vacib olması barədə verdiyi tarixi fitvanı Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsinin əsas amilləri adlandırıb.
İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər Əl-İbadi bazar günü Mosul şəhərinə daixl olduqdan sonra, bazar ertəsi günü Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD-in işğalından tam şəkildə azad olunması xəbərini rəsmən elan etdi.