Şəmxani: Kürdüstanda referendum bütün İraqın zəifləməsi ilə nəticələnəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: İraq Kürdüstanında referendumun keçirilməsi kürdlərin təcridi, onlara təzyiq və Kürdüstan və bütün İraqın zəifləməsi ilə nəticələnəcək.
İraq Kürdüstanı partiyaları 25 sentyabr 2017-ci ildə bu bölgənin İraqdan ayrılması üzrə referendumun keçirilməsini istəyirlər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar ertəsi günü İraq Kürdüstanı Vətən Birliyinin baş katibinin 1-ci müavini Abdulla Rəsul Əlini Tehranda qəbul edib: Ayrılmaq üçün referendumun keçirilməsi və İraq xalqında parçalanma yaratmaq məsələsini izləmək, İraq xalqı və siyasətinin həqiqi ehtiyacları və prioritetlərindən heç biri ilə uzlaşmır.
Bəzi region və regiondan kənar ölkələrin istəyinin İraq və Qərbi Asiyanın böyük ölkələrini zəiflətmək olduğunu deyən Şəmxaninin sözlərinə görə, ayıq-sayıqlıqla və milli mənafeyi və islam dünyasının mənafeyini diqqət mərkəzində saxlamaqla Böyük Yaxın Şərq kimi müstəmləkəçi planların reallaşmasına icazə verilməməlidir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi xatırladıb: İraqın şimalında təhlükəsizlik, iqtisadi inkişaf və xalqın rifahı, partiya və qrupların fəaliyyəti terror qruplaşmalarının fəaliyyətləri qarşısında əsas maneədir.
İraq Kürdüstanı Vətən Birliyinin baş katibinin müavini Abdulla Rəsul Əli də bu görüşdə İranı İraq kürdlərinin arxası adlandırıb və bildirib: İraq Kürdüstanı İran İslam Respublikası ilə dostluğa fəxr edir.
İŞİD terror qruplaşmasının İraq Kürdüstanına hücumu zamanında İranın bu bölgənin təhlükəsizliyini dəstəklədiyinə toxunan Abdulla Rəsul Əli əlavə edib: İran İŞİD-lə ciddi mübarizə aparmaqla yanaşı Kürdüstanda təhlükəsizlik faciəsinin formalaşmasının qarşısını alan yeganə ölkə idi.