Təzyiqlərdə məqsəd islam quruluşunu zəiflətməkdir
-
Təzyiqlərdə məqsəd islam quruluşunu zəiflətməkdir
İslam İnqilabının Keşikçiləri Korpusunun Aviasiya qüvvələrinin komandanı bu qüvvələrin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərin problemlərə daxili imkanlar hesabına qalib gəlməyin mümkünlüyünü isbatlayan göstərici olduğunu bildirərək deyib. Düşmənlərin İrana qarşı bütün təzyiqlərdə məqsədləri islami quruluşu zəiflətməkdir.
İRNA-nın verdiyi məlumata görə, General Mayor Əmirəli Hacızadə bu gün İranın İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komisiyasının üzvləri ilə görüşündə düşmənlərin İran xalqına qarşı düşmənçiliklərində tam ciddi olduqlarını vurğulayaraq deyib: Dünyanın zalım qüvvələri və hegemoniya sistemi İslami quruluşun öz içindən dağıdılması planını izləyirlər və açıq-qşkar şəkildə "islami quruluşun dəyişdirilməsi"-nə dair strategialarını etiraf edirlər.
İslam İnqilabının Keşikçiləri Korpusunun Aviasiya qüvvələrinin komandanı deyib: Amerikalılar nüvə sazişi, çirkli pulların yuyulması, regional məsələlər, sanksiyalar, iqtisadi, siyasi, mədəni təzyiqlər və xüsusiylə raket proqramına qarşı basqılar kimi müxtəlif sahələrdə islami quruluşun potensiallarını hədəfə alıblar və onu zəiflətmək istəyirlər.
General Hacızadə düşmənin sanksiyalar və təzyiqləri qarşısında əli bağlı olmmağın vacibliyini vurğulayaraq deyib: Amerikanın sanksiyalar və təzyiqlərinin qarşısını almaq üçün qarşılıqlı olaraq düşmənə ağır xərclərə səbəb olacaq təşəbbüslər həyata keçirmək lazımdır.