Qasimi: Qarşılıqlı olaraq biz də sanksiya qoyacağıq
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Amerikanın özünün qeyri-qanuni sanksiya siyahısına yeni şəxslərin adlarının əlavə olunmasına dair dəyərsiz və alçaq hərəkətini pisləyərək bildirib ki, İran da qarşılıqlı olaraq bəzi amerikalı həqiqi və hüquqi şəxslərə qarşı sanksiya qoyacaq.
ABŞ-ın xəzinədarlıq nazirliyi dünən müxtəlif bəhanələrlə o cümlədən İranın raket proqramı ilə əlaqədə olduğun iddiası ilə 18 iranlı və xarici şəxs və qrupa qarşı sanksiya tətbiq edib.
ABŞ-ın xəzinədarlıq nazirliyi mayın 17-də də İranın raket proqramı ilə əlaqədə olduqları bəhanəsi ilə 7 iranlı və çinli şəxs və şirkətə qarşı sanksiya tətbiq etmişdi.
Amerikanlar İranın raket sınaqlarının BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu və bu sınaqlar nüvə başlığı daşıya biləcək raketləri də əhatə etdiyini iddia edirlər. Amma Avropa Birliyinin Xarici Siyasət üzrə Koordinatorunun sözçüsü Nəbilə Misrali son vaxtlar İranın raket sınağının nüvə sazişini pozmadığını bildirmişdir.