Ruhani: ABŞ insan haqlarını yayan tərəf ola bilməz
İran İslam Respublikası prezidenti deyib: ABŞ Paris sazişi, Kuba, Şimali Amerika və Şərqi Asiyada beynəlxalq öhdəlikləri tapdalamaqla dünyada insan haqları, qanunilik, stabillik və təhlükəsizliyi yayan tərəf ola bilmədiyini əks etdirdi.
İran prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında ABŞ-ın beynəlxalq öhdəliklər qarşısındakı yanlış davranışı haqda deyib: Birləşmiş Ştatlar yeni dövrdə bir çox öhdəliklərini tapdalayıb. Öz stabilliyi olmayan və qanun-qaydalara hörmət edilməyən ölkə başqalarını stabillik, təhlükəszlik və dincliyə dəvət edə bilməz.
Amerikanın regiondakı iştirakının ixtilaflar və qarşıdurmaların artmasına səbəb olduğunu qeyd edən prezident Ruhani əlavə edib: İraq və Suriya xalqları və qonşu ölkələr, müqavimət döyüşçüləri fədakarlıqla regionu terrorizmdən xilas etdilər və gələcəkdə də bütün region terrorizm təhlükəsindən xilas olacaq.
Amerikanı İranı nüvə anlaşmasını pozmaqda suçlamasına dair məkrli planlarına münasibət bildirən İran prezidentinin sözlərinə görə, İran həmişə öz beynəlxalq öhdəliklərinə sadiq qalacaq. Lakin amerikalılar müxtəlif bəhanələrlə yeni sanksiyalar tətbiq etmək ardıncadırlar. Halbuki heç bir məntiq, Nüvə Anlaşmasının mətni və ruhu ilə uzlaşmır və ziddiyyətdədir.
"Amerikalılar istənilən ad altında və bəhanə ilə İran əleyhinə sanksiyalar tətbiq etmək istəyərlərsə, İran xalqı onlara münasib cavabı verəcək" -deyə Həsən Ruhani qeyd edib.
İran prezidenti sonda bildirib: İran xalqı çoxtərəfli və beynəlxalq bir anlaşma ilə İranın siyasi tarixində analoqu olmayan böyük uğura imza atdı və böyük qüdrətlər qarşısında öz hüququnu müdafiə etdi.