İyul 21, 2017 08:55 Asia/Baku
  • Zərif: Ərəbistan dünyada törədilmiş əksər terrorlarda məsuliyyət daşıyır

İranın xarici işlər naziri bildirib ki, Səudiyyə Ərəbistanı 1998-ci ildən bəri dünyada törədilmiş terrorların 94 faizində məsuliyyət daşıyır.

Mehr xəbər agentliyinin məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə günü Amerikanın PBS telekanalı ilə müsahibədə ifratçı vəhhabilik təfəkkürünü Səudiyyə Ərəbistanının rəsmi ideologiyası adlandırıb və bildirib ki, səud rejimi neft dollarları ilə dünyada ekstremizmi yaymaqdadır.

İranın xarici işlər naziri qeyd edib ki, 2001-ci ilin on bir sentyabrında Amerikada edilmiş hücumlar ifratçı vəhhabilik ideologiyasından qaynaqlanıb. O, əlavə edib: Dünyadakı terror hücumları bu təfəkkür cərəyanına aid olan şəxslərin təhriki ilə həyata keçirilir.

İranın xarici işlər naziri deyib: İŞİD və digər terror qrupları məhz bu ifratçı ideologiya əsasında dünya xalqlarına qarşı terror hərəkətləri törədirlər.

Zərif habelə vurğulayıb ki, Amerika üçün hansı ölkənin terrorizmə dəstək verməsinin önəmi yoxdur. O, bildirib ki, Amerika üçün yalnız hərbi silahlaırn satışı mühümdür.

İranın xarici işlər naziri Amerika prezidenti Donald Trampın Ərəbistana olmuş son səfərinə toxunub və qeyd edib ki, Tramp silah müqavilələrinin hazır olmasına əmin olmadan Ərəbistana səfər etməzdi.

Tramp mayın sonlarında Ərəbistana olmuş səfərində bu ölkə ilə dəyəri 110 milyard dollar olan silah müqavilələri imzladı.

 

Teqlər