Terror qruplaşmaları ilə mübarizə Sepah-ın strategiyasıdır
https://azeri.sahartv.ir/news/İran-i277070-terror_qruplaşmaları_ilə_mübarizə_sepah_ın_strategiyasıdır
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı deyib ki, Sepah-ın strategiyası, terror qruplaşmalarının qalıqları və toplanış mərkəzləri ilə mübarizədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2017 09:52 Asia/Baku
  • Terror qruplaşmaları ilə mübarizə Sepah-ın strategiyasıdır

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı deyib ki, Sepah-ın strategiyası, terror qruplaşmalarının qalıqları və toplanış mərkəzləri ilə mübarizədir.

IRNA-nın məlumatına görə, Sepah-ın quru qoşunlarının komandanı general-mayor pasdar Mohəmməd Xakpur dünən gecə Məşhəd şəhərində keçirilmiş bir mərasimdə sonra belə deyib: Dünyada terrorizm və terror hərəkətləri geniş yayılıb və terrorçuların yaradılması, genişləndirilməsi və dəstəklənməsi üzrə əsas himayədar ölkələr digər ölkələri, o sıradan İranı terrorçuluğa dəstək verməkdə ittiham edirlər.

General Xakpur regiondakı mürtəce ölkələrin təkfirçi terrorçuları himayə etmələrini tənqid edərək, deyib: Terrorizmlə mübarizənin yalançı iddiaçılarının boşboğazlıq etmələri bir nəticə verməyəcək, zira bu gün region xalqları sayıq olublar.

O, həmçinin İraqın bütövlüyünün mühafizəsinə təkid edərək, deyib: Regionun heç bir ölkəsi və İraqın qonşularından heç biri bu ölkənin parçalanmasını qəbul etməyəcək.

Sepah-ın quru qoşunlarının komandanı vurğulayıb: Sepah-ın quru qoşunları terror qruplaşmalarının təhdidlərilə mübarizə, İslam İnqilabının və İran İslam Respublikası sərhədlərinin qorunması məqsədilə özünün kəşfiyyat və əməliyyat hazırlıqlarının yüksəldilməsini gündəmə daxil edibdir.