İyul 24, 2017 18:18 Asia/Baku
  • İran prezidenti Sepah və ordunun hərbi qüdrətinin artırılmasını vurğulayıb
    İran prezidenti Sepah və ordunun hərbi qüdrətinin artırılmasını vurğulayıb

İran İslam Respublikası prezidenti İslam İnqilabı Keşikçilər Korpusu Sepahın yüksək səviyyəli komandanları ilə görüşdə bildirib: İslam İnqilabının Böyük Rəhbərinin göstərdiyi yolların gerçəkləşdirilməsi və xalqa xidmət etmək üçün quruluşun bütün qüvvələri və qurumlarının birliyi zəruridir.

İran prezidenti Həsən Ruhani bazar ertəsi günü İslam İnqilabının Keşikçilər Korpusu Sepahın yüksək səviyyəli komandanları ilə görüşdə bu qurumun səylərini alqışlayıb və ümid edib ki, bütün silahlı qüvvələrin koordinasiyası vətəndaşların tələblərinin gerçəkləşməsinə öz töhfəsini verəcək və bütün məsuliyyətli qurumlar və orqanlar öz sahələrində tam şəffaflıqla öz yararlığını artıracaqdır. 

Ruhani həmçinin hökumətin öz tapşırığı sahəsində Sepahın xidmətlərini tam şəkildə dəstəklədiyini bildirib: Yeni texnologiyalardan faydalanmaqla Sepah və ordunun döyüş qabiliyyətinin gücləndirilməsi İranın milli təhlükəsizliyinə daha artıq zəmanət verir. 

Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri də bu görüşdə İslam İnqilabının məqsədlərinin gerçəkləşdirilməsində hökumətlə hərtərəfli əməkdaşlıq üçün Sepahın tam hazır olduğunu bildirib. 

Teqlər