İran və Rusiyanın nüvə əməkdaşlığı davam edir
-
İran və Rusiyanın nüvə əməkdaşlığı davam edir
İran Atom Enerjisi Təşkilatının sözçüsü deyib: İran və Rusiya nüvə enerjisi sahəsində həmkarlıq etməklə üzərində işlərin aparıldığı layihələri sürətləndirməyə və nəzərdə tutulmuş proqramdan daha tez bir zamanda nəticəyə çatdırmağa çalışırlar.
İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi dünən gecə Moskvada RusAtom enerji təşkilatının sədri Aleksey Lixaçov ilə müzakirələrinin sonunda IRNA ilə müsahibədə belə əlavə edib: İranın Atom Enerjisi Təşkilatı ilə Rusiyanın RusAtom enerji təşkilatı arasında dövri məşvərətlər həyata keçirilir və bu iclasın mövzularından biri, Buşehr Atom Elektrik Stansiyasının birinci blokunun təkmilləşdirilməsi barədə idi.
Kəmalvəndi Buşehr Atom Elektrik Stansiyasının 2-ci və 3-cü bloklarının inşası layihələrinin icra prosesi haqda isə belə söyləyib: Bu layihələrin icrası nəzərdə tutulmuş zaman cədvəli əsasında irəliləyir və proqnozlara əsasən, ikinci blok təqribən səkkiz il, üçüncü blok isə on il müddətinə istifadəyə veriləcəkdir.