İyul 26, 2017 13:19 Asia/Baku
  • İraqçı: İran Amerikanın ədavətli hərəkətlərinə qətiyyətlə cavab verəcək
    İraqçı: İran Amerikanın ədavətli hərəkətlərinə qətiyyətlə cavab verəcək

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: Amerika konqresinin nümayəndələr palatasının son zamanlar İrana qarşı yeni sanksiyalar qəbul etməsi həmin ölkənin nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə ziddir və bu hərəkət İran İslam Respublikasının qətiyyətli reaksiyasına səbəb olacaqdır.

ABŞ konqresinin nümayəndələr palatası dünən gecə Vaşinqtonun Tehran qarşısındakı düşmənçilik münasibətlərinin davamında İran İslam Respublikasına qarşı əhatəli sanksiyalar layihəsini üç əleyhinə səs qarşılığında 419 lehinə səslə qəbul etdi.

Abbas İraqçı bu gün Tehranda müxbirlərlə müsahibədə əlavə edib: İran Amerikanın hərkətlərinə əsasən qərar çıxaracaq və əməl meydanında cavab verəcəkdir.

İraqçı söyləyib: ABŞ konqresinin nümayəndələr palatasında İrana qarşı yeni sanksiyalar qanununun qəbul olunması İran İslam Respublikasına qarşı tamamilə aşkar və düşmənçilik hərəkətidir.
Nüvə anlaşmasının icrasına nəzarət komitəsinin iranlı həmsədri bildirib ki, ABŞ konqresinin nümayəndələr palatasının və bu ölkə dövlətinin düşmənçilik hərəkətləri təzə bir məsələ deyil. O, deyib: Sanksiyalar nüvə anlaşmasının uğurlu icrasını təsir altına ala və İran İslam Respublikasının nüvə anlaşmasından bəhrələnməsini azalda bilər.

 

Teqlər