İyul 26, 2017 19:00 Asia/Baku
  • Ruhani: İran ABŞ-a mütləq cavab verəcək
    Ruhani: İran ABŞ-a mütləq cavab verəcək

İran İslam Respublikası prezidenti ABŞ Konqresinin İran əleyhinə son qərarına reaksiyada bildirib: İran ABŞ Konqresinin İran əleyhinə yeni qərarı qarşısında reaksiya və qətiyyətli cavab verəcək.

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı günü Vaşinqtonun Tehran qarşısındakı düşmənçilik strategiyasının davamında İran əleyhinə sanksiyalar paketini dörd yüz on doqquz lehinə səslə təsdiqlədi.

İran prezidenti Həsən Ruhani çərşənbə günü Nazirlər Kabinetinin iclasında amerikalıların 40 il təzyiq, sanksiya, təhrik və bəzi region ölkələrini İran xalqına qarşı səfərbər etdiklərinə və bütün mərhələlərdə məğlubiyyətlə üzləşdiklərinə toxunaraq bildirib: Amerikalılar İran xalqı ilə qarşılaşmada öz ardıcıl məğlubiyyətlərindən dərs almalıdırlar.

"ABŞ həssas Yaxın Şərq regionunun stabil və təhlükəsiz region olmasını və bu bölgənin həssas su keçidlərinin dünya üçün təhlükəsiz su keçidləri olmasını istəyirsə, hazırkı siyasətlərinə son qoymalı və bilməlidir ki, İran xalqı heç vaxt məkrli planların təsiri altına düşmür və öz yolunu davam etdirir" -deyə Həsən Ruhani bildirib. 

İran prezidentinin sözlərinə görə, Amerika İran xalqının hüququna hörmətlə yanaşmalı və bilməlidir ki, sadəcə hörmət sayəsində, xalqın hüquqlarının yerinə yetirilməsi və dinc yolu qarşıya məqsəd qoymaqla ABŞ xalqının mənafeyi təmin olunur.

Prezident Ruhani əlavə edib: ABŞ-ın düşmənçiliyi sadəcə İran İslam Respublikası quruluşu ilə düşmənçilik deyil. Amerikalılar üçün İran xalqının müqaviməti, dözümlülüyü və örnək olması da dözüləsi deyil və qəbul edə bilmirlər ki, bu həssas bölgədə İran müstəqillik və təsirediciliyə malikdir.

İran prezidenti həmçinin İranın müdafiə strukturları və qüdrətinin gücləndirilməsini vurğulayıb və xatırladıb: İran başqalarının rəylərinə diqqət yetirmədən öz müdafiə silahlarını gücləndirəcək. İran silahlı qüvvələri, ordu, İslam İnqilabı Keşikçilər Korpusu Sepah, bəsic, hüquq-mühafizə qüvvələri və təhlükəsizlik qüvvələri İranın böyük xalqı tərəfindən dəstəklənəcəkdir.

Teqlər