İyul 27, 2017 09:41 Asia/Baku
  • Vilayəti: İran Amerikanın sanksiyalarına cavabda qüdrətlə qərar çıxaracaq
    Vilayəti: İran Amerikanın sanksiyalarına cavabda qüdrətlə qərar çıxaracaq

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: İran Amerikanın yeni sanksiyalarına cavabda lazımi, tələb olunan və qüdrətli qərarlar çıxaracaqdır.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və nüvə anlaşmasına nəzarət üzrə iranlı heyətin üzvü Əli Əkbər Vilayəti Amerika konqresinin nümayəndələr palatasında İran əleyhinə yeni sanksiyaların qəbul olunmasına reaksiyada belə əlavə edib: Amerika prezidenti Donald Trampın daxili və xarici siyasətləri öz ölkəsinin daxildə və beynəlxalq səhnədə zəifləməsinə gətirib çıxaracaqdır.

Vilayəti söyləyib: Amerika təvəqqe edir ki, Avropa da bu hərəkətləri himayə etsin, amma avropalılar Amerikaya tabe olmurlar və bu məsələ Qərbdə parçalanmaya səbəb olacaqdır.

O, həmçinin deyib: Amerikanın son hərəkətlərində məqsəd, regionda itirdikləri qanunsuz nüfuzlarını bərpa etmək olub, amma regionda "amerikalı nüfuz" məhv olmağa doğru gedir.

Nüvə anlaşmasına nəzarət üzrə iranlı heyətin üzvü vurğulayıb: İran Amerikanın təzyiqi və təhdidi ilə təslim olmayacaq və geri çəkilməyəcəkdir, zira bəzi region ölkələri kimi deyildir ki, Amerikanın bir hədəsi ilə onların bac istəmələrinə təslim olmuş olsun.

Amerika konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü gecə Vaşinqtonun Tehran qarşısındakı ədavətli münasibətinin davamında İrana qarşı əhatəli sanksiyalar layihəsini 419 lehinə səslə qəbul etdi.

Teqlər