M.Rezayi: Yəmən xalqı unudulub
-
M.Rezayi: Yəmən xalqı unudulub
İranın Məsləhət Şurasının katibi deyib ki, dünya xalqları Fələstin məzlumlarını himayə edir, amma Yəmən xalqı unudulubdur.
ISNA-nın məlumatına görə, Mohsen Rezayi Əhli-Beyt(ə) Ümumdünya Assambleyasının müdirləri qarşısında Yəmən xalqına yardımı böyük bir cihad adlandırıb və belə əlavə edib: Yəmən xalqının məzlumluğu və faciəsinin dərinliyi Fələstinlə müqayisə ediləsi deyil, amma bütün təzyiqlərə rəğmən, yəmənlilər səhnədədirlər.
"Dünyanın gələcək gedişatı Yəmən xalqının müdafiə edilməsidir" deyən Mohsen Rezayi söyləyib: Ərəbistanın Yəmənə təcavüzü müdafiə ediləsi deyil və səudlar siyasi legitimliyə malik olmayan bir şəxsi müdafiə bəhanəsilə Yəmənə hücum etdilər.
O, vurğulayıb: Ərəbistanın Yəmənə hücumunun heç bir legitimliyi yoxdur, zira Yəmən xalqı Ərəbistana qarşı hərəkət etməyib və bir kəsi terror etməyibdir.
İranın Məsləhət Şurasının katibi belə qeyd edib: Yəmən xalqına yardım humanitar bir addım olaraq, Ali-Səud rejiminə bir şillə hökmündədir.