Elmi qabiliyyətlərin artması İranın qüdrəti və izzətinə səbəb olur
https://azeri.sahartv.ir/news/İran-i277888-elmi_qabiliyyətlərin_artması_İranın_qüdrəti_və_izzətinə_səbəb_olur
İran İslam Respublikasının prezidenti müxtəlif elmlərdə qabliyyətlərin artmasının İslami İranın qüdrəti və izzətinə səbəb olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 15:54 Asia/Baku
  • Elmi qabiliyyətlərin artması İranın qüdrəti və izzətinə səbəb olur
    Elmi qabiliyyətlərin artması İranın qüdrəti və izzətinə səbəb olur

İran İslam Respublikasının prezidenti müxtəlif elmlərdə qabliyyətlərin artmasının İslami İranın qüdrəti və izzətinə səbəb olduğunu bildirib.

IRNA-nın məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani öz instaqram səhifəsində yazıb: Bu gün kosmik texnologiya və elm İran üçün olduqca önəmlidir və İran İslam Respublikasının müxtəlif elmlərdəki bacarığı və qüdrəti hər nə qədər artarsa, onun qüdrəti və izzəti bir o  qədər yüksələcəkdir.

Ruhani əlavə edib: Nüvə anlaşmasından sonrakı dövrdə lazımi fürsət yarandı ki, həm başqalarının təcrübələrindən istifadə, həm də öz mütəxəssis və alimlərimizin ikiqat ciddi-cəhdi ilə İranın milli inkişafına səbəb olacaq daha artıq naliyyətlər əldə etmiş olaq.

İmam Xomeyni(r.ə.) adına Milli Kosmik Mərkəz dünən "Simorğ" tipli süni peyk daşıyıcısının İranın müdafiə naziri general-mayor Hoseyn Dehqan tərəfindən kosmosa uğurlu sınaq buraxılışı ilə rəsmi şəkildə açıldı.