İyul 29, 2017 15:37 Asia/Baku
  • Cahangiri: İran nüvə anlaşmasının pozulmasın qətiyyətli reaksiya verəcək

İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına nəzarət üzrə İran heyəti nüvə anlaşmasının pozulduğunu müəyyənləşdirərsə, İran qətiyyətli reaksiya verəcək.

İranın vitse-prezidenti İshaq Cahangiri şənbə günü səhər Tehranda Hökumət və Özəl Sektorun Dialoqu Milli Şurası üzvlərinin birgə toplantısında ABŞ Nümayəndələr Palatası və Senatı tərəfindən İran əleyhinə sanksiyalar paketinin təsdiqlənməsinə reaksiya verib: Radikal qruplar və sionist lobbi İran İslam Respublikasının formalaşdığı ilkl gündən İran əleyhinə cərəyanlar yaratmaq və beynəlxalq kollektiv təşkil etmək ardınca olmuşlar. Bu qrupların hərəkətləri regionu problemlə üzləşdirib.

Cahangiri sionist lobbinin bəzi islam ölkələrini İrana qarşı birləşdirə bildiyinə toxunaraq bildirib: Regional və beynəlxalq şərait ABŞ-ın nüvə anlaşmasının İran tərəfindən pozulduğunu əks etdirməyə çalışdığını göstərir. Belə ki, 5+1 qrupu və beynəlxalq ictimaiyyətdə İrana qarşı kollektiv yaransın.

İranın vitse-prezidenti bildirib: Amerika İran əleyhinə müxtəlif məkrli planlardan əlavə, İranı investisiya üçün təhlükəli, riskli göstərməyə çalışır.

 

Teqlər