Vilayəti: Sanksiyaların əsas məğlubu, Amerikadır
İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru Amerikanın Rusiyaya və İrana qarşı son sanksiyalarına işarə edərək, vurğulayıb: Qətiyyətlə demək olar ki, amerikalılar bu məsələnin əsas məğlubu olacaqlar.
Amerika konqresinin nümayəndələr palatası və ABŞ senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların şiddətləndirilməsi üzrə əhatəli layihəni qəbul etdilər.
IRNA-nın məlumatına görə, İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Əkbər Vilayəti bu gün Tehranda Rusiya Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin ilə görüşdən sonra müxbirlər qarşısında belə əlavə edib: İranın Amerika tərəfindən nüvə anlaşmasının pozulmasına cavabı birbaşa və güclü olacaqdır.
Vilayəti həmçinin İran ilə Rusiya arasındakı əməkdaşlıq həcmi barədə belə deyib: İki tərəfin ötən il ilə müqayisədəki ticarət mübadilələri həcmi on üç faiz artıb və bu həmkarlıqlar daha çox siyasi, iqtisadi, təhlükəsizlik və müdafiə sahələrində olub və inkişaf etməkdədir.
Rusiya Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin də bu görüşdə iki ölkənin ikitərəfli məsələlər və region problemlərinin həlli sahəsindəki mövqelərini bir-birinə yaxın adlandırıb və belə əlavə edib: Xarici ölkələrin regiona müdaxilə etmələri ciddi problemlər yaradıb və çoxlu sayda qurbanlara səbəb olubdur.