İraqçı: Rusiya müqavilələrin imzalanması üçün İranın prioritetlərindəndir
İran xarici işlər nazirinin müavini deyib: Tehran sanksiyalar dövründəki dostlarını unutmur və İranın gələcək əməkdaşlıqlarında daha çox iştirak edəcəklər.
İran xarici işlər nazirinin müavini və Əhatəli Müştərək Təşəbbüs Proqamının izlənilməsi komitəsinin iranlı həmsədri Abbas İraqçı bazar ertəsi günü İranın Sənaye İnkişafı və Yenilənmə təşkilatı ilə Rusiyanın Trans Meş Holdinq şirkəti arasında birgə vaqon istehsalının imalanma mərasimində nüvə anlaşmasından sonrakı dövrdə müqavilələrin imzalanması üçün Rusiyanı İranın prioritetlərindən adlandırıb və deyib: Nüvə Anlaşmasından bir il yarım keçdikdən sonra heyətlərlə müzakirələr sona çatmış və müqavilələr və razılaşmalar imzalanmışdır.
İran xarici işlər nazirinin müavini xatırladıb: Fransanın Total Şirkəti və Rusiya şirkəti ilə müqavilənin imzalanması İranın Avropa, Asiya və köhnə dostları, xüsusilə də Rusiya ilə iqtisadi əməkdaşlıqları davam edir.
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə də İran və Rusiyanın əlaqələrinin inkişaf etməkdə olduğunu deyib: İlk etapda 2 min metro qatarı vaqonunun istehsalı bu müqavilədə qeyd olunub və İran və Rusiyanın əməkdaşlığı ilə təxminən 5 min vaqon ölkədə istehsal olunacaq.
İranın Sənaye İnkişafı və Yenilənmə Təşkilatı və Rusiyanın Trans Meş Holdinq Şirkəti arasında müştərək vaqon istehsalı üzrə müqavilə bazar ertəsi günü Tehranda imzalanıb. Bu müqavilənin dəyəri 2 milyard 500 milyon avrodur.