Ruhaninin andiçmə mərasiminə 90 heyət qatılacaq
https://azeri.sahartv.ir/news/İran-i278242-ruhaninin_andiçmə_mərasiminə_90_heyət_qatılacaq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib: İran İslam Respublikası prezidentinin andiçmə mərasimində 90-dan çox xarici heyətin iştirakı təhlükəsiz və güclü İrana diqqət baxımından dönüş nöqtəsi olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 04:10 Asia/Baku
  • Ruhaninin andiçmə mərasiminə 90 heyət qatılacaq
    Ruhaninin andiçmə mərasiminə 90 heyət qatılacaq

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü deyib: İran İslam Respublikası prezidentinin andiçmə mərasimində 90-dan çox xarici heyətin iştirakı təhlükəsiz və güclü İrana diqqət baxımından dönüş nöqtəsi olacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhaninin andiçmə mərasimi şənbə günü cari miladi ili avqust ayının 5-də İranın İslami Şura Məclisində keçiriləcək. İİR-da 12-ci prezident seçkilərində Həsən Ruhani 23 milyondan çox səs qazanaraq ikinci dəfə üçün İran prezidenti seçildi. 

Əlirza Rəhimi dünən deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və bəzi maneələrin aradan qaldırılması və investorların İrana qayıtmalarından sonra dünya İrana real baxış əldə etdi və İranofobiya atmosferi İrana meyillə əvəz edildi.