Avq 01, 2017 10:10 Asia/Baku
  • ƏMTP-ə nəzarət heyəti ABŞ-a reaksiya veriləcəyini vurğulayıb
    ƏMTP-ə nəzarət heyəti ABŞ-a reaksiya veriləcəyini vurğulayıb

Əhatəli Müştərək Təşəbbüs Proqramına nəzarət üzrə iranlı heyət ABŞ konqresinin son qərarına qarşı İran İslam Respublikasının qüdrətli, uyğun və ağıllı cavab verəcəyini vurğulayıb.

ƏMTP-yə iranlı nəzarət heyətinin İİR-nın prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçirdiyi dünənki iclasında İranın Xarici İşlər Nazirliyi və Atom Enerjisi Təşkilatının hesabatları dinlənildikdən sonra, Amerikanın yeni sanksiya layihəsinin son durumu və onun nəticələri araşdırılıb. 

Bu iclasda ƏMTP-na nəzarət heyəti Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Federika Moqerini tərəfindən " bütün üzvlərin ƏMTP-nin bütün maddələrinə sadiq qalmağın vacibliyi və konstruktiv atmosferdə xoşməramlılıq"-a dair yaydığı bəyanatı müsbət qarşılayıb və eyni-zamanda İranın bu komissiyadan tələblərinin növbəti iclasda ciddi şəkildə ortaya qoyulması vurğulanıb. 

İran və 5+1 qrupu arasında nüvə razılaşması 2016-cı ildən icra edilməyə başlanıb amma ABŞ dövləti bu qrupun üzvlərindən biri olaraq daima ƏMTP-ni pozur. 

Amerika son həftələrdə də bu istiqamətdə atdığı növbəti addımda bir neçə İran şirkəti, qurumu və şəxslərinə müxtəlif bəhanələrlə sanksiya tətbiq edib.  

Teqlər