İran Əfqanıstandakı terror hücumunu pisləyib
-
İran Əfqanıstandakı terror hücumunu pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanın Hərat şəhərində yerləşən bir məscidə qarşı terror hücumunu pisləyib və Əfqanıstanın dövləti və xalqının kədəri ilə bölüşübdür.
Bəhram Qasemi vurğulayıb: Əfqanıstanın məzlum xalqının onilliklər boyu əzab-əziyyət çəkməsindən sonra region ölkələrinin, eləcə də beynəlxalq təşkilat və orqanların Əfqanıstanın müqavimətli xalqı və dövlətinin kənarında duraraq, hazırkı zorakılıq durumuna son qoymaq üzrə əzmkarlıqlarını göstərmələrinin vaxtı gəlib çatıbdır.
Bir terrorçu dünən Əfqanıstanın Hərat şəhərində yerləşən şiələrin ən böyük məscidinə qarşı terror hücumu ilə özünü partlatmazdan öncə namazqılanları atəşə tutubdur.
Bu hücumda azı 40 namazqılan şəhid olub, 60 nəfər də yaralanıbdır ki, onlardan on nəfərinin vəziyyəti ağır elan olunubdur.